İLK IFL TURNİRİNİN ÇƏKİ ÖLÇMƏ MƏRASİMİ KEÇİRİLİB

9 oktyabr 2020

Bu gün Azərbaycanda MMA üzrə ilk peşəkar beynəlxalq döyüş liqası IFL-in çəkiölçmə mərasimi keçirilib.

 

Müxtəlif çəki kateqoriyaları üzrə fərqli divizionlarda mübarizə aparacaq 20 idmançı tərəzi üzərinə çıxıb. Tədbirin ardınca IFL təşkilatının prezidenti Heydər Məmmədəliyev, eləcə də qadın və kişi idmançılar jurnalistlərin suallarını cavablandırıb.

 

Qeyd edək ki, IFL liqası 2020-2021-ci illəri əhatə edəcək 4 turnirdən ibarət olacaq. Turnirlərdə yerli idmançılarla yanaşı, beynəlxalq idmançılar da reytinq xalları uğrunda mübarizə aparacaq. 

 

Liqa IFL təşkilatının təşəbbüsü, Xəzər TV-nin informasiya dəstəyi və Sport Marketing Group-un təşkilatçılığı ilə həyata keçirilir. MMA həvəskarları bütün döyüşləri 9 oktyabr axşam saat 11-də Xəzər TV-nin efirində izləyə biləcəklər.