IFL QRAN-PRİNİN İLK TURUNUN ÇƏKİ MƏRASİMİ BAŞ TUTUB.
20 avqust 2021Sport Marketing Group və Beynəlxalq Döyüş Liqasının təşkil etdiyi Qran-Pri turnirinin 1/16 Final mərhələsinin çəki mərasimi baş tutub.
Qeyd edək ki, buna qədər sağlamlıq və texniki səbəblərdən yarışdan kənarda qalan iştirakçılar mərasimdə iştirak etməyiblər.
Nəzərinizə çatdıraq ki, həvəskarlar arasında keçirilən tədbirdə hər bir iştirakçı maksimum 71.200 kq çəki ilə çıxış etməlidirlər.
Bütün iştirakçıların çəkiləri tələblərə cavab verib, hər cütlük çəki mərasimindən sonra bir daha üz-üzə gəlib və bu zaman olduqca maraqlı, rəqabət dolu anlar yaşanıb.