İLK TURDA OLDUQCA MARAQLI ANLAR YAŞANDI!

21 avqust 2021

SMG və IFL təşkilatçılığı ilə, AzMMAF-ın dəstəyi ilə keçirilən Qran-Pri yarışında ilk tur geridə qaldı.
Həvəskar yarışçılar öz güclərini ilk dəfə peşəkar səviyyədə sınayıblar.
11 döyüşdən sonra qalib gələn idmançılar növbəti tura vəsiqə qazanıb. Döyüş boyu bir neçə nokaut, olduqca çox sayda isə nokdaun qeydə alınıb. Yarış günündən sonra həm şərhçilər, həm müstəqil ekspertlər bu turun gözləniləndən daha maraqlı keçdiyini qeyd ediblər.
Turun seçilmiş döyüşü Elxan Yusibov və Fariz İsmayılov arasında keçən döyüş oldu. 
Gecənin performansı isə rəqibini bir neçə dəfə nokdauna salan Amil Bayramlıdan gəldi.
Nəzərinizə çatdıraq ki, tədbir CBC Sport kanalı vasitəsilə canlı yayımlanır.

Növbəti – 1/8 Final mərhələsi 27 Avqustda keçiriləcək.