HEYDƏR MƏMMƏDƏLİYEV - IFL HAQQINDA

15 sentyabr 2020

Heydər Məmmədəliyev IFL-in yaranması, məqsədi və gələcək planlar barədə öz fikirlərini bölüşüb:
"Bizim çox güclü yerli idmançılarımız olub və indi də var. Ancaq təəssüf ki, bir çox hallarda onların əksəriyyəti karyeralarını müəyyən səbəblərə görə davam etdirə bilməyiblər. Biz bu liqanı təşkil etməklə həmin potensiallı döyüşçülərə, professional idmançılara mənəvi və peşəkar dəstək göstərmək niyyətindəyik. Əsas məqsədimiz bacarıqlı yerli MMA peşəkarlarını aşkarlamaq və onların beynəlxaq arenalara çıxışına dəstək göstərməkdir ".