SMG və IFL təşkilatçılığı ilə, AzMMAF-ın dəstəyi ilə keçirilən Qran-Prinin 1/4 finalı baş tutdu.

5 sentyabr 2021

4 döyüşdən sonra qalib gələn idmançılar yarımfinala addımladı. Bu mərhələdə döyüşlər olduqca hərarətli keçdi.
Turun seçilmiş döyüşü Denis məlikov və Amil Mustafayev arasında oldu. 
Gecənin performansı əzmkarlığı ilə seçilən Yusif Əliyevin aktivinə yazıldı.
Nəzərinizə çatdıraq ki, tədbir CBC Sport kanalı vasitəsilə canlı yayımlanır.
Yarımfinal və Final mərhələsi 10 sentyabrda keçiriləcək.