IFL QRAN-PRİNİN PÜŞKATMA MƏRASİMİ KEÇİRİLDİ.

12 avqust 2021

Həvəskarlar arasında keçirilən IFL Qran Prisinin püşkləri atılıb.
Açılış mərasimində çıxış edən Beynəlxalq Döyüş Liqasının prezidenti Heydər Məmmədəliyev tədbirin ölkəmizdə idmana dəstək məqsədi ilə keçirilməsini xüsusi vurğulayıb. 
Turnirin qaydaları haqqında məlumatdan sonra Sport Marketing Group və Beynəlxalq Döyüş Liqasının təşkilatçılığı ilə, Azərbaycan MMA Federasiyasının dəstəyi ilə keçirilən turnirin püşkatma mərasimi baş tutub. 
32 döyüşçünün iştirak etdiyi protokolda 20 Avqust tarixində üz-üzə gələcək cütlüklər müəyyən olunub. 
Beynəlxalq standartlara əsasən, qırmızı və mavi olmaqla iki səbətdə bölüşdürülmüş idmançılar ilk dəfə rəqibləri ilə üz-üzə gəliblər.